Xaricə Köçürəm "Relocation"
Yerli şirkətlərdə işlədikdən sonra artıq “xaricə üz tutmağın vaxtıdır” deyirsinizsə, bu paket vasitəsilə biz sizə əvvəldən sona qədər mentorluq təklif edirik. Biz hər bir müraciət edən proqramçıya fərdi yanaşır, əvvəlcə seçdiyi ölkə üçün onun bilik və bacarıqlarını yoxlayırıq. Profilini müvafiq şəkildə tənzimləyir, çatışmayan tərəfləri analiz edir, həll yolu müəyyənləşdirir və prosesin sonuna kimi mentorluq edirik.
- Tam fərdi yanaşma
- Seçimə uyğun xarici bazara hazırlıq
- Resursların təmin olunması
- Şəxsi profil üzərində iş
- Lazımi biliklərə yiyələnmək
- İş intervyularına hazırlıq
- Sınaq müsahibələrin (Mock interview) təşkili
- Mentorluq
Paket müddəti 2 ay olaraq nəzərdə tutulmuşdur.
Prosesin həyata keçirilməsi qaydası: Biz sizinlə ilkin olaraq 60 dəqiqəlik görüş təyin edirik. Bu görüşün məqsədi sizi tanımaq, profilinizlə tanış olmaq, sizin bilik və bacarıqlarınızı başa düşməkdir. Müsahibənin 30 dəqiqəsi ingilis dilində aparılır. Bu görüşdən sonra əgər davam etmək istəsəniz, müsahibədən sonra, əməkdaşlarımız əldə etdikləri məlumatlar və planlanmış profilin yaradılması üçün növbəti 2 gün ərzində “Uğur planı”( “success plan”) hazırlayır. Plan özündə qarşıdakı 2 ay ərzində sizin seçdiyiniz ölkə üzrə hansı bilik və bacarıqlara yiyələnməli olduğunuzu və buna çatmaq üçün nələr etməli olduğunuzu əks etdirir. Biz sizi müvafiq olaraq 2 sınaq imtahanına (Mock interview) cəlb edirik. Bu müddət ərzində əlavə 2 dəfə görüş təşkil edərək sizin inkişafınızı izləyirik. Sizin irəliləyişinizə nəzarət edir, maneələri müəyyənləşdirir, onların aradan qaldırılmasına köməklik edir və istədiyniz ölkəyə köçə bilməyiniz üçün profilinizi tənzimləyir və hansı vasitələrlə bunu edə biləcəyiniz haqda məsləhətlər veririk. Hər sınaq müsahibəsindən sonra sizə detallı report göndərilir və siz öz irəliləyişinizi real olaraq izləyə bilirsiniz.
Paketin sonunda nə əldə edəcəksiniz:
- Seçdiyiniz bazarda işləmək üçün lazım olan bilik və bacarıqlara yiyələnmək
- Uzun illər təcrübəsi olan mütəxəssislər tərəfindən mentorluq
- Hər ay sınaq müsahibəsi əsasında öz inkişafınızı izləmək
- Bazarın tələblərini anlamaq və buna hazırlıqlı olmaq
- Hədəfə nail olmaq üçün “Uğur planı”
- Həmin müddət ərzində alacağınız iş təklifləri üçün hazırlıq
- İşə qəbul üçün uğurlu profilin hazırlanması
Paketə təlim prosesi daxil deyil. Biz bu prosesdə sizə mentorluq edir və lazımi məsləhətlər verməklə kifayətlənirik.
Qeyd: Şirkət olaraq işə düzəltməyi təmin etmirik, sizlərə yol göstəririk. Sizlərin profilinizi hazırlayır və bilik- bacarıqlarınızı tənzimləyirik. Bundan sonra hansı resurslar vasitəsilə işlərə müraciət edəcəyinizi müəyyən edirik. İşlərə müraciət və qəbul sizin öhdəliyinizdədir. Bu müddət ərzində işə qəbul sizdən asılıdır.
Paketi qoşula bilmək üçün minimal tələblər: İT sahəsi üzrə minimum 3 il iş təcrübəsi və İntermediate səviyyədə ingilis dili olmalıdır.
Whatsapp