Sınaq müsahibələr "Mock İnterview"
Əgər siz də yerli və ya xarici şirkətlərdən proqramçı vakansiyası üzrə iş təklifi almısınızsa biz sizin bu şansı itirməməyiniz üçün əlimizdən gələni etməyə hazırıq. Sizi müsahibəyə əvvəlcədən hazırlayır, sınaq müsahibələri təşkil edir (azərbaycan, rus və ingilis dillərində) və lazımi şablonlarla təmin edirik.
- Tam Fərdi yanaşma
- İş təklifinə uyğun sınaq müsahibələr
Xidmət ödənişlidir.
WhatsappMüsahibə aşağıdakı sahələr üzrə aparılır:
- Backend development
- Frontend development
- FullStack development
Seniorlar üçün Sınaq müsahibələrimiz 𝟐 𝐦ə𝐫𝐡ə𝐥ədən ibarət olur.
İ𝐥𝐤 𝐦ə𝐫𝐡ə𝐥ə: Bu mərhələdə seçilmiş proqramlaşdırma dili üzrə həmin dilin elementlərinin namizəd tərəfindən profesional mühitdə necə istifadə edildiyi müəyyən olunur. Bunun müxtəlif istifadə halları (use case-ləri) nəzərdən keçirilir və iştirakçının istifadə etdiyi dili nə dərəcədə profesional mənimsədiyi analiz edilir. Dilin paradiqmasına uyğun (OYP, prosedural, funksional) suallar verilir və dizayn prinsipləri (design prinsiples) və dizayn şablonları(design patterns) keçid edilir. Namizədin kodu yazarkən müəyyən etdiyi meyarlar, vəziyyətdən asılı olaraq hansı dizayn prinsiplərini nəyə görə seçməli olduğu yoxlanılır. Ardından dizayn prinsiplərinin gətirdiyi çətinliklər, onların həqiqətən yerli yerində yetərli olub olmaması kimi suallar səsləndirilir. Namizədə real iş mühitində tapşırıqlara necə yanaşması, tapşırıq bölgüsü, bir Senior mədəniyyəti vərdişlərinin olması yoxlanılır.Daha sonra müasir dövrün ayrılmaz hissəsi olan DDD(Domain Driven Design) və Microservices dizaynı ilə bağlı suallar verilir.
İ𝐤𝐢𝐧𝐜𝐢 𝐦ə𝐫𝐡ə𝐥ə: Bu mərhələdə namizədin yazılı müsahibəsi həyata keçirilir. Yuxarıda sadalanan tərəflərin praktikada nə dərəcədə tətbiq olunması, namizəd tərəfindən proqram təminatının 𝐲𝐮𝐱𝐚𝐫ı 𝐬ə𝐯𝐢𝐲𝐲ə𝐥𝐢 (𝐡𝐢𝐠𝐡 𝐥𝐞𝐯𝐞𝐥 𝐝𝐞𝐬𝐢𝐠𝐧) və 𝐝𝐚𝐱𝐢𝐥𝐢 𝐝𝐢𝐳𝐚𝐲𝐧 (𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐞𝐝 𝐝𝐞𝐬𝐢𝐠𝐧) proseslərinin necə həyata keçirildiyi müəyyən olunur. Hər bir mərhələnin sonunda namizədə müsahibə ilə bağlı detallı report göndərilir. Namizədin hansı sahələrdə zəif olduğu, bunu aradan qaldırması üçün nələr etməli olduğu ilə bağlı məsləhətlər və həm yerli həm də xarici bazar üçün sınaq imtahanının 100 üzərindən qiymətləndirilməsi bu reportda yer alır.
Namizəd bu mərhələlərdən yalnız birində iştirak etməyi seçə bilər amma hər iki mərhələdə iştirak tövsiyə olunandır.
Müsahibə aşağıdakı sahələr üzrə aparılır:
- Backend development
- Frontend development
- FullStack development
Juniorlar üçün Sınaq müsahibələrimiz 𝟐 𝐦ə𝐫𝐡ə𝐥ədən ibarət olur.
İ𝐥𝐤 𝐦ə𝐫𝐡ə𝐥ə: Bu mərhələdə seçilmiş proqramlaşdırma dili üzrə həmin dilin elementlərinin namizəd tərəfindən iş mühitdə necə istifadə edildiyi müəyyən olunur. Bunun müxtəlif istifadə halları (use case-ləri) nəzərdən keçirilir və iştirakçının istifadə etdiyi dili nə dərəcədə mənimsədiyi analiz edilir. Dilin paradiqmasına uyğun (OYP, prosedural, funksional) suallar verilir. Proqramlaşdırma dilinin yanı sıra, istifadə olunan köməkçi texnologiyalar üzrə biliklər yoxlanılır. Namizədin real iş mühitində tapşırıqlara necə yanaşması, həll üsulları seçərkən diqqət etdiyi məqamlar nəzərdən keçirilir.
İ𝐤𝐢𝐧𝐜𝐢 𝐦ə𝐫𝐡ə𝐥ə: Bu mərhələdə namizədin praktiki müsahibəsi həyata keçirilir. Yuxarıda sadalanan tərəflərin praktikada nə dərəcədə tətbiq olunması, alqoritmlər, data strukturlar və fundamental proqramlaşdırma vərdişləri ( software fundamentals) yoxlanılır. Hər bir mərhələnin sonunda namizədə müsahibə ilə bağlı detallı report göndərilir. Namizədin hansı sahələrdə zəif olduğu, bunu aradan qaldırması üçün nələr etməli olduğu ilə bağlı məsləhətlər və həm yerli həm də xarici bazar üçün sınaq imtahanının 100 üzərindən qiymətləndirilməsi bu reportda yer alır.
Namizəd bu mərhələlərdən yalnız birində iştirak etməyi seçə bilər amma hər iki mərhələdə iştirak tövsiyə olunandır.