Seniorluğa Gedən Yol Paketi
Hər bir şirkətin uğuru onun əməkdaşlarının işə necə yanaşmasından və işi necə yerinə yetirə bilməsindən birbaşa asılıdır. Sürətlə dəyişən İT dövründə əməkdaşlarınızın proqramlaşdırma bilik və vərdişlərinin ən son tendensiyaya uyğunluğunu təmin etmək, onların biliklərinə yatırım edib, həyata keçirməkdə olduğunuz proyektlərdə bunun əks olunmasını görmək istəyirsinizsə korporativ paketimiz sizin üçündür. Xidmət paketimizə daxildir:
- Biliklərin senior səviyyəsinə qaldırılması
- Senior düşünmə təfəkkürünün mənimsənilməsi
- Yeniliklərə tez və sürətli adaptasiya
- Yaxşı kod yazmaq vərdişləri
- Şirkət kodlarının analizi və irəliyə doğru tövsiyələr
- Şirkətin təklif və ehtiyacına uyğun tədris proqramında dəyişikliklər
- Şirkət əməkdaşlarının biliklərinin qiymətləndirilməsi
Təlim paketimiz 120-140 saat olmaqla həm online həm də offline olaraq nəzərdə tutulur.
Təlim keyfiyyətini qiymətləndirmək və təlimdən öncə suallarınızı verə bilmək üçün 90 dəqiqəlik ödənişsiz sınaq təlimi nəzərdə tutulmuşdur. Bu müddət ərzində komanda tədrisi və təlimçini qiymətləndirə bilər, müvafiq suallarını yönləndirə bilərlər.
Whatsapp Sillabus