İxtisasımı Dəyişirəm Paketi

Əgər siz də qeyri-İT sektordan İT sektoruna keçid edib özünüzü bir İT mütəxəssis kimi sınamaq istəyirsinizsə, biz sizə bütün keçid mərhələsində dəstək olur, tam fərdi yanaşaraq maraq dairənizdə ola biləcək sahələri analiz edir, düzgün sahəyə yönəldir və həmin sahəni öyrənmək üçün lazımi resurlarla təmin edirik. Sizin profilinizi İT sahəsinə adaptasiya edir, müvafiq sınaq müsahibələri (Mock interview) ilə biliklərinizin həqiqətən işləmək üçün kifayət etdiyini yoxlayır və bu uzun uzun yolu bitirənə kimi mentorunuz oluruq. Paketin sonunda siz bir İT mütəxəssis kimi işləmək səviyyəsinə gətirilirsiniz.

  • Tam fərdi yanaşma
  • İT sahə seçimi
  • Resursların təmin olunması
  • Şəxsi profil üzərində iş
  • Lazımi biliklərə yiyələnmək
  • İş intervyularına hazırlıq
  • Seçimə uyğun yerli və xarici bazara hazırlıq
  • Sınaq müsahibələrin (Mock interview) təşkili
  • Mentorluq

Paket müddəti 6 ay olaraq nəzərdə tutulmuşdur.

Prosesin həyata keçirilməsi qaydası: Biz sizinlə ilkin olaraq 40 dəqiqəlik görüş təyin edirik. Bu görüşün məqsədi sizi tanımaq, profilinizlə tanış olmaq, sizin maraq dairənizi və motivasiyanızı başa düşməkdir. Müsahibə Azərbaycan dilində aparılır.

Bu görüşdən sonra əgər davam etmək istəsəniz, müsahibədən sonra, əməkdaşlarımız əldə etdikləri məlumatlar və planlanmış profilin yaradılması üçün növbəti 2 gün ərzində “Uğur planı”( “success plan”) hazırlayır. Plan özündə qarşıdakı 6 ay ərzində sizin bir İT mütəxəssis kimi formalaşıb bazara hazır vəziyyətə gəlməyinizi təmin etməkdir. Biz sizə lazımi məsləhətlər verir, lazımi resurslara yönləndirir və 6 ay ərzində bu sahəyə keçid etməyinizi təmin edirik. Biz sizi müvafiq olaraq hər ay sınaq imtahanına (Mock interview) cəlb edirik. 6 ay müddətində 4 dəfə görüş təşkil edərək, code review prosesi həyata keçirilir və düzgün kod yazmaq vərdişləri aşılanır. Sizin irəliləyişinizə nəzarət edir, maneələri müəyyənləşdirir, onların aradan qaldırılmasına köməklik edir və real profilinizin olması üçün real proyektlərlə tanış olub real kod nümunələri yazmağa sizi təşviq edirik. Hər sınaq müsahibəsindən sonra sizə detallı report göndərilir və siz öz irəliləyişinizi real olaraq izləyə bilirsiniz.

Paketin sonunda nə əldə edəcəksiniz:

  • Yerli və xarici bazarda işləmək üçün lazım olan bilik və bacarıqlara yiyələnmək
  • Uzun illər təcrübəsi olan mütəxəssislər tərəfindən mentorluq
  • Hər ay sınaq müsahibəsi əsasında öz inkişafınızı izləmək
  • Real proyektlərə əsaslanan github repoları
  • Bazarın tələblərini anlamaq və buna hazırlıqlı olmaq
  • Hədəfə nail olmaq üçün “Uğur planı”
  • İşə qəbul üçün uğurlu profilin hazırlanması
  • Yazdığınız kodların profesionallar tərəfindən nəzarətdən keçirilməsi(“code review”)

Paketə təlim prosesi daxil deyil. Biz bu prosesdə sizə mentorluq edir və lazımi məsləhətlər verməklə kifayətlənirik.

Paketi qoşula bilmək üçün minimal tələblər: Yoxdur

Whatsapp